2 avtomobil toqquşdu, sürücülərdən biri öldü

HADİSƏ
15:32
17 İyun 2020
70

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, qəza iyunun 16-da saat 23 radələrində qeydə alınıb.

Bakı şəhər sakini Bəhrəm Rzayevin idarə etdiyi “BMW” və Cəbrayıl rayon sakini S.Kərimzadənin idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub. Nəticədə B.Rzayev hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti