“Semaşko” yalnız koronavirus xəstələri üçün ayrıldı

GÜNDƏM
14:47
17 İyun 2020
164

1 saylı Kliniki Tibbi Mərkəzin bütün şöbələri fəaliyyətini koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirəcək.

Sabah.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib:

“Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər”.

Xəbər lenti