Bu məntəqə ləğv edildi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 123 saylı Sabunçu seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.
Sabah.az xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. Həmin dairədən qeydə alınmış namizəd Qənbərov Əziz müraciətində əksər seçki məntəqələrində qanun pozuntularına yol verildiyini qeyd edib.
Namizəd bir şəxsin bir neçə dəfə səsverməsinə şərait yaradıldığını və topa bülletenlərin atıldığını qeyd edib. Araşdırma zamanı seçicilərin iradəsinə təsir edən hal aşkarlanmayıb. Yalnız 16 saylı məntəqədə pozuntular müəyyən edilib. Buna görə də, MSK-nın qərarına əsasən 16 saylı məntəqədə seçkilərin nəticəsi etibarsız hesab edilərək ləğv edilib.
Daha çox