Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

GÜNDƏM
21:41
16 İyun 2020
112

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4 801 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 16-na açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 391 699 test edilib və 10 662 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 5 948 nəfəri sağalıb, 1226-sı dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 338 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər vəfat edib, 209 xəstə sağalıb.

Xəbər lenti