Ağsu aşırımındakı yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb - Video+Yenilənib
Ağsu rayonunda yanğın hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
Bu gün saat 16:30 radələrində Ağsu rayon bələdiyyəsinin taxıl sahəsində başlamış yanğın sonradan Şamaxı Regional Meşə Təsərrüfatının Ağsu meşəbəyliyinin 8 saylı dolayına keçib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Bildirilib ki, ETSN-in Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb.
Yanğın nəticəsində 3 hektar sahədə kol-kos və quru ot örtüyü yanıb.
Qeyd edək ki, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir.
ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.
***
FHN Mətbuat xidmətindən bildirilib ki, iyunun 16-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı adlanan dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb edilib. Yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Daha çox