İstirahət mərkəzində əyləncə təşkil edənlər cəzalandırıldı - Fotolar
Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.
Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində əyləncə məclisi təşkil edən 11 nəfər şəxs məsuliyyətə cəlb olunublar.
İyun ayının 14-dən 15-ə keçən gecə qaydaları kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin fəaliyyəti dayandırılıb, obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.
Daha çox