Milli Məclisin 2 əməkdaşında koronavirus aşkarlandı

GÜNDƏM
11:41
16 İyun 2020
115

Azərbaycan Respublikasının Milli Məclisində “COVID-19” karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Sabah.az xəbər verir ki, Parlamentin Mətbuat xidmətindən verilən məlumata görə, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVID-19 testinin nəticəsi müsbət çıxıb:

"Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVID-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir".

Xəbər lenti