İbrahimoviç qaydaları pozdu

İDMAN
00:55
16 İyun 2020
92

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç İsveçdə olarkən koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan tibbi protokol qaydalarını pozub.

Sabah.az xarici KİV-lərə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu İsveç çempionatının 1-ci turunda "Ostersund" üzərində 2:0 hesablı qələbə qazanan "Hammarbü" klubunu təbrik etmək üçün paltardəyişmə otağına girib. Qaydalara görə isə paltardəyişmə otağına yalnız futbolçu və məşqçilərin girişinə icazə verilib.

Qeyd edək ki, Z.İbrahimoviç "Hammarbü" klubunun sahibidir. Onun sözügedən klubda oynaya biləcəyi iddiaları yayılmışdı.

Xəbər lenti