TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

GÜNDƏM
22:18
15 İyun 2020
167

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 5 052 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 15-nə açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 386 898 test edilib və 10 324 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 5 739 nəfəri sağalıb, 122-i dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 367 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib, 156 xəstə sağalıb.

Xəbər lenti