Şirvanda quldur dəstəsi saxlanıldı
Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevə qarşı quldurluq törətməkdə şübhəli bilinən bir qrup şəhər sakini saxlanılıb.
Sabah.az DİN-ə istinadən xəbər verir ki, iyunun 10-da Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevin evinə gəlmiş 2 maskalı şəxsin onu döyərək 2000 manat pulunu götürüb getmələri barədə Şirvan ŞPŞ-yə məlumat daxil olub.
Faktla əlaqədar cinayət işi başlanıb.
Baş Cinayət Axtarışı İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan sakinləri B.Baxşıyev, E.Əhmədov və R.Məmmədov saxlanılıblar.
Daha çox