Karantini pozduğuna görə saxlandı, cinayətləri ortaya çıxdı

GÜNDƏM
14:37
15 İyun 2020
204

İyunun 14-də Abşeron rayon sakini C.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə xüsusi karantin qaydalarını pozduğuna görə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı 2 ədəd kombi, su qızdırıcı, 3 ədəd maqnitofon, monitor, 4 ədəd mobil telefon, mətbəx bıçağı aşkar edilərək götürülüb.

 

Xəbər lenti