TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

GÜNDƏM
22:24
13 İyun 2020
101

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 7 505 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 13-nə açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 375 759 test edilib və 9 570 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 5 309 nəfəri sağalıb, 115-ü dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 352 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 196 xəstə sağalıb.

Xəbər lenti