Sərt karantin günlərində dərman sifariş verməyin qaydası açıqlandı

ÖLKƏ
19:50
13 İyun 2020
86

Xəbər verildiyi kimi, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

Sabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Qafqazinfo"y verilən məlumata görə, qeyd olunan 9 şəhər və rayonun sakinləri apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914  və  *7700 “Qaynar Xətt”inə və  www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.

Xəbər lenti