“Yuventus” finalda
Koronavirus səbəbindən İtaliyada dayandırılan futbol mövsümü bərpa olunub.
Sabah.az xəbər verir ki, ölkə kubokunun yarımfinalının cavab matçında “Yuventus” “Milan”ı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. İlk oyun da 1:1 hesabı ilə başa çatdığı üçün Turin təmsilçisi səfətdə vurduğu qol hesabına finala yüksəlib.
Qeyd edək ki, yarımfinal mərhələsinə sabah keçiriləcək “Napoli” – “İnter matçı ilə yekun vurulacaq. Bu komandaların ilk duelində “Napoli” qalib gəlib – 1:0.
Daha çox