Türkiyə Superliqası bərpa olundu
Koronavirusa görə mart ayının əvvəlindən dayandırılan futbol üzrə Türkiyə Superliqası bu gün bərpa olunub.
Sabah.az xəbər verir ki, ilk oyun günündə 27-ci turun iki görüşü keçirilib. “Fənərbaxça” “Kayserispor”u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. “Trabzonspor” isə səfərdə “Göztəpə”nin qonağı olub və rəqibini 3:1 hesabı ilə məğlub edib.
Türkiyə Superliqası
27-ci tur
12 iyun
22:00.“Fənərbaxça” – “Kayserispor” - 2:1
Qollar: Mensah, 59 (0:1), Muriqi, 87-pen (1:1), Qustavo, 88 (2:1)
Qırmızı vərəqə: Ozan Tufan, 14 ("Fənərbaxça")
22:00.“Göztəpə” – “Trabzonspor - 1:3
Qollar: Nvakaeme, 16 (0:1), Ekuban, 52-pen (0:2), Öztürk 57-pen (1:2), Emin, 84-avtoqol (1:3)
Qeyd edək ki, turnir cədvəlinə 56 xalla "Trabzonspor" başçılıq edir. "Başakşəhər" 53 xalla 2-ci, "Qalatasaray" 50 3-cüdür. "Fənərbaxça" 7-ci (43 xal), "Göztəpə" 8-ci (37), "Kayserispor" isə sonuncu - 18-cidir (22).
Daha çox