Pilləkəndən yıxılaraq dünyasını dəyişdi

HADİSƏ
00:21
13 İyun 2020
96

Sumqayıtda 76 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsbəsində yaşayış binalarının birində baş verib.

Belə ki, 1944-cü il təvəllüdlü Şafarenko Pyotr Nikoloyeviç yaşadığı binanın blokunda pilləkənləri düşərkən yıxılaraq dünyasını dəyişib.

76 yaşlı kişi tənha yaşayırmış. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti