Bakıda suallar asan, digər yerlərdə çətin olub? - DİM-dən açıqlama+Video
Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 10 və 11-də keçirilmişburaxılış imtahanları ilə bağlı bəzi məqamlar gündəmdədir.
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlər iddia edirlər ki, 11 iyunda keçirilmiş imtahanların sualları əvvəlki günə nisbətən daha çətin olub. Onlar sualların müzakirəsi zamanı bu faktın ortaya çıxdığını deyirlər. 10 iyunda keçirilmiş imtahanda sual kitabçasından bir səhifə də internetdə paylaşılıb.
Bildirilib ki, Bakıda keçirilən imtahanda suallar asan, digər yerlərdə isə çətin olub. 10-11 iyun tarixlərində 9 və 11-ci siniflər üçün keçirilmiş buraxılış imtahanlarında iştirak etmiş abituriyentlər bu iddia ilə çıxış ediblər. Onların sözlərinə görə, xüsusilə də riyaziyyat fənnindən suallar daha çətin düşüb.
Şagirdlər buraxılış imtahanında ali məktəblərə qəbul səviyyəsində sualların salındığını deyirlər. Maraqlısı burasındadır ki, sosial şəbəkələrdə də xeyli sayda abituriyent bu iddiadadır.
Dövlət İmtahan Mərkəzi isə bu iddialarla razılaşmır. Qurumdan bildirdilər ki, sualların çətinlik və ya asanlıq dərəcəsinə görə fərqli olması mümkün deyil. Çünki suallar öncədən hazırlanıb və hər bir kitabçada çətinliyinə görə eyni bölüşdürülüb.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə onu da bildirib ki, şikayəti olan abituriyent mərkəzdə fəaliyyət göstərən Apellyasiya komissiyasına müraciət edə bilər.
Daha çox