TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
21:48
12 İyun 2020
112Bu gün Azərbaycanda koronavirusla bağlı daha 5 600 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 12-nə açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 368 254 test edilib və 9 218 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 5 113 nəfəri sağalıb, 113-ü dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 336 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər vəfat edib, 183 xəstə sağalıb.

Daha çox