Bakıda ölən şəxsin qohumları həkimi döydü

HADİSƏ
21:21
12 İyun 2020
184

Bakıdakı 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimi döyülüb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan Nizami rayonu, Çobanzadə küçəsində qeydiyyatda olan 1966-cı il təvəllüdlü Elşad Qurbanov bir neçə dəqiqə sonra həyatını itirib. Bundan sonra onun yaxınları reanimasiya şöbəsinin həkimi Altay Hacıyevə və xəstəxananın mühafizəçisinə hücum ediblər. Həkim A.Hacıyev xəsarət alıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılır.

Xəbər lenti