Azərbaycanda qızıl və gümüş bahalaşdı

İQTİSADİYYAT
12:58
18 Fevral 2020
80

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Sabah.az Trend-ə istinadən xəbər verir ki, fevralın 18-də qızılın qiyməti fevralın 17-si ilə müqayisədə 5,78 manat artaraq 1 unsiya üçün 2 697,02 manat təşkil edib.

Gümüş 0,03 manat bahalaşaraq 1 unsiya üçün 30,4 manata bərabər olub.

Platinin qiyməti 4,1 manat artaraq 1 652,66 manat, palladiumun qiyməti 146,17 manat artaraq 4 302,19 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Xəbər lenti