Su kanalında 2 nəfər batıb
Samur-Abşeron su kanalında 2 nəfər batıb.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Daha çox