Eldar Əhmədov vəzifəsini itirdi

GÜNDƏM
16:17
12 İyun 2020
1142

Baş Prokuror Kamran Əliyev adı mətbuatda bir çox işlərlə bağlı hallanan tanınmış məmur Eldar Əhmədovun rəis olduğu idarəni ləğv edib.

Sabah.az xəbər verir ki, K.Əliyevin əmri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb.

K.Əliyevin digər əmri ilə Nemət Əvəzova yeni yaradılmış Baş Prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib. E.Əhmədov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi idi.

Qeyd edək ki, N.Əvəzov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi olub.

Xəbər lenti