Türkiyənin hazırladığı koronavirus dərmanının - Fotosu
Türkiyənin koronavirusa qarşı istehsal etdiyi “Favicovir” dərmanının fotoları yayımlanıb.
Sabah.az xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varankın dərmanın preparatının yerli imkanlarla istehsalına başlanıldığını bildirib.
Səhiyyə naziri Fəxrəddin Qoca isə dərmanın tez bir zamanda lisenziyalaşdırılması üçün təlimat verib. Lisenziyalaşdırılma başa çatdıqdan sonra dərmanın həm Türkiyədə istifadə olunacağı, həm də xarici ölkələrə ixrac ediləcəyi deyilib.
Qeyd edək ki, dərmanın əsasını təşkil edən Yaponiya istehsallı “Favipiravir” preparatı koronavirusa qarşı effektivliyi müşahidə olunan ilk preparatlardan hesab olunur.
Daha çox