Daha bir həkim koronavirusdan öldü

GÜNDƏM
12:57
12 İyun 2020
182

Gəncədə daha bir həkim koronavirusdan həyatını itirib.

Sabah.az xəbər verir ki, bu barədə həkimin həmkarları və çalışdığı Yeni Gəncə Tibb Mərkəzi sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, bir müddətdir, koronavirus infeksiyasından Bakıda xüsusi təyinatlı xəstəxanada müalicə alan 1970-ci il təvəllüdlü travmatoloq ortoped Mehman Hüseynov dünən vəfat edib.

Qeyd edək ki, travmatoloq daha öncə Mingəçəvir Şəhər Mərkəzi Xəstəxanası və Yeni Gəncə Tibb Mərkəzində fəaliyyət göstərib.

Xatırladaq ki, M. üseynov Gəncədə koronavirus səbəbindən dünyasını dəyişən üçüncü həkimdir.

Xəbər lenti