"Formula 1"in Bakı Qran-prisi rəsmən ləğv edildi

İDMAN
12:31
12 İyun 2020
114

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğvi rəsmən açıqlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı bəyanatda bildirilir:
 
"Böyük təəssüf hissi ilə bildiririk ki, koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran-Prisi 2020 ləğv olunur. Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli "Formula 1" azarkeşlərinin, həmçinin "Formula 1" əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq".

Qeyd edək ki, 5-7 iyunda Bakıda keçirilməli olan yarış başqa vaxta təxirə salınmışdı.

Əlavə edək ki, Azərbaycan Qran-prisindən əlavə, Yaponiya və Sinqapurdakı yarışlar da ləğv olunub.

Xəbər lenti