Çimərlik mövsümü başlayır - Hansı qaydalara əməl edilməlidir?

GÜNDƏM
11:40
12 İyun 2020
139

“Qaradağ, Səbail, Binəqədi, Xəzər rayonlarında ötən il yaradılmış 6 ictimai çimərlik dəniz mövsümünə tam hazırdır”.

Sabah.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Bayram Həsənov REAL TV-yə verdiyi açıqlamada qeyd edib.

Onun sözlərinə görə, artıq çimərliklərə pandemiya dövründə vətəndaşların riayət etməli olduğu qaydaların əks olunduğu məlumat lövhələri vurulub:

“Çimərlik taxtaları arasında 2 metr, çətirlər arasında isə 4 metr məsafə nəzərdə tutulub. Vətəndaşlar arasında sosial məsafənin qorunması üçün ərazidə iplər çəkilib. Biz çimərliyə gələn vətəndaşlardan lövhələrdə əks olunan qaydalara ciddi riayət etmələrini xahiş edirik”.

Bayram Həsənov çimərliklərdə tibb məntəqələrinin də fəaliyyət göstərəcəyini bildirib.

Qeyd edək ki, iyun ayının 15-dən ölkədə çimərlik mövsümünə start veriləcək.

Xəbər lenti