Ceyhun Bayramov “Son zəng”i çaldı - Video
Bu gün 2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq.
Sabah.az xəbər verir ki, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Daha sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirəcək.
***
Virtual "Son zəng" başlayıb. Onlayn mərasimdə ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunub.
Daha sonra teledərslərlərdə iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edib. Bu tədris ilinin məzunları üçün son zəngi Təhsil naziri Ceyhun Bayramov çalıb.
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirir.
Daha çox