Koronavirus zarafatı edən məşhur futbolçu cəzalandırıldı
İngiltərə Futbol Assosiyasiyası "Tottenhem"in futbolçusu Delli Allini 1 oyunluq cəzalandırıb.
Sabah.az klubun saytına istinadən xəbər verir ki, buna onun koronavirusla bağlı fevralda etdiyi zarafatı səbəb olub. Bundan başqa, 24 yaşlı yarımmüdafiəçi 50 min funt sterlinq məbləğində cərimələnib.
Beləliklə, D.Alli İngiltərə Premyer Liqasının 30-cu turunda "Mançester Yunayted"lə oyunu buraxacaq.
Qeyd edək ki, ingilis futbolçu “Snapchat”da Çində meydana gələn və bütün dünyanı qorxu içində saxlayan koronavirusla bağlı asiyalı insanlarla zarafat etmək istəyib. Zarafatın birmənalı qarşılanmadığını görən futbolçu daha sonra həmin videonu silərək üzr istəmişdi.
Daha çox