Bakıda qadın köşkdə yanaraq öldü

HADİSƏ
11:39
18 Fevral 2020
85

Sabunçu rayonunda ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb.

Sabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı köşkün içərisində 52 yaşlı Cəfərova Dilarə Nəbi qızının meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır.

Xəbər lenti