Gəncədə məhbus özünə mismarla xəsarət yetirdi

HADİSƏ
19:52
11 İyun 2020
87

Gəncədə məhbus özünə xəsarət yetirib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində  yerləşən 2 saylı İstintaq təcridxanasında baş verib.

Orada saxlanılan Qazax rayon sakini, 1988-ci il təvəllüdlü Vüsal Cavanşir oğlu  Rəhimov qarnının deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, məhbus özünə mismarla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti