Naxçıvana gedib-gələnlər karantinə alınacaq?
"Bakı-Naxçıvan-Bakı aviareysinə buraxılış da 48 saat qüvvədə olacaq arayış (koronavirusun aşkar olunmaması barədə) əsasında həyata keçiriləcək".
Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
“Çox güman ki, bu reysdən istifadə edənlər karantinə alınmayacaq”, - o qeyd edib.
AZAL rəsmisi onu da deyib ki, artıq Bakı-Naxçıvan-Bakı reysinə biletlərin satışına başlanılıb: "Əgər əvvəllər gündə 10 reys üzrə 1 500 sərnişin daşıyırdıqsa, artıq həftə ərzində cəmi 200 sərnişini Naxçıvana göndərəcəyik".
Daha çox