Sərt karantinin nəticəsi nə vaxt bilinəcək?

GÜNDƏM
18:07
11 İyun 2020
86

“Ötən həftəsonu tətbiq olunan sərt karantin rejiminin nəticəsini indi demək hələ tezdir. Ən az 10 gündən sonra bu barədə nəsə deyə bilərik”.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Hər gün yoluxma sayı ictimiayyətə çatdırılır və rəqəmlərdə azalma olsa, hər kəs nəticəni görəcək. Ümid edirik ki, sayda azalma müşahidə olunacaq” - deyə TƏBİB rəsmisi əlavə edib.

Xəbər lenti