Azərbaycanda ilk dəfə virtual “Son zəng” keçiriləcək

ÖLKƏ
16:47
11 İyun 2020
187

Sabah ölkədə virtual “son zəng” keçiriləcək.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. Bildirilib ki, 3 aylıq virtual formada keçirilən dərslərin sonunda sonuncu zəngin də elə bu formada vurulmasına qərar verilib. Belə ki, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Daha sonra, 3 ay ərzində televiziya vasitəsilə müxtəlif dərslərin tədrisini davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcək.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirəcək.  12-si saat 12:30-da “Mədəniyyət” və “ARB Günəş” telekanallarından canlı yayımlanacaq.

Xəbər lenti