“Zərgərlər Assosiasiyasının yaradılması planlaşdırılır” – Mikayıl Cabbarov
Azərbaycanda Zərgərlər Assosiasiyasının yaradılması planlaşdırılır.
Sabah.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” adlı konfransda deyib.
Nazir bildirib ki, ölkədə zərgərlik işinin dəstəklənməsinin təmin olunması üçün Zərgərlik Assosiasiyasının yaradılması zəruridir.
Onun sözlərinə görə, ölkənin sosial-iqtisadi inkişafı çərçivəsində İqtisadiyyat Nazirliyi qarşısında dayanan əsas tapşırıqlardan biri kiçik və orta sahibkarlıq sahələrində orta və uzun müddətdə rəqabətin təmin olunmasıdır:
“Bu, qiymətli metalların hasilatında və xüsusilə də zərgərlik biznesinin inkişafı kimi tapşırıqlarda əks olunur”.
Daha çox