Həftəsonu açıq havada olmaq risklidir - Xəbərdarlıq

XƏBƏR
14:40
11 İyun 2020
88

İyunun 13 və 14-də havanın temperaturu yüksələcək.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, maksimal  temperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.

İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Tibbi-meteoroloji xəbərdarlıq

İyunun 13 və 14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək yüksəlməsi gözlənilir ki, bu da  əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

Xəbər lenti