Rövşən Əhmədli Milli Şuradan ayrıldı
Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.
Sabah.az xəbər verir ki, bu barədə o, Feysbuk hesabında yazıb.
R.Əhmədli bildirib ki, son zamanlar Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti onu dərindən narahat edib:
"Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm. Bu birliyin qorunması və xalqın ümüdlərini doğrultmaq üçün illərlə etdiyim bütün səylərə baxmayaraq yaranmış vəziyyətdə Milli Şurada qalmağı mümkünsüz ,faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm".
Qeyd edək ki, bundan əvvəl Milli Şuradan Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfərov da istefa verib.
Daha çox