"Şuşa" və "Faxralı" kafelərində karantin pozuldu - Foto
Bakıda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkarlanıb.
Sabah.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayırı-ayırlıqda Binəqədi rayonunun Yuxarı Sulutəpə qəsəbəsində “Faxralı”, Biləcəri qəsəbəsi Natəvan qəsəbəsi Natəvan küçəsində “Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, “Şuşa” kefesinin icarədarı 1500 manat, digərləri 100 manat cərimə olunublar.
Daha çox