Azərbaycandakı "Formula 1" yarışı ləğv olundu

İDMAN
10:26
11 İyun 2020
136

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunub.

Sabah.az xəbər verir ki, bu barədə "F1News" nəşri məlumat yayıb. Bildirilib ki, bununla bağlı qərar yaxın günlərdə rəsmən açıqlanacaq.

Azərbaycanla yanaşı, Sinqapurdakı şəhər trası mərhələsi və Yaponiya Qran-prisi də ləğv ediləcək. Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-priləri ilə keçiriləcək.

Qeyd edək ki, 5-7 iyunda Bakıda keçirilməli olan yarış başqa vaxta təxirə salınmışdı.

Xəbər lenti