Kondisionerlər işə salınacaq

ÖLKƏ
10:17
11 İyun 2020
57

Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək.

Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemləri işə salınması təmin olunacaq. 

Xəbər lenti