Sumqayıt sakini içki məclisindən sonra dünyasını dəyişdi

HADİSƏ
00:46
11 İyun 2020
113

Sumqayıtda ölüm hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda mənzillərin birində qeydə alınıb.

Belə ki, 42-ci məhəllə sakini, 1951-ci il təvəllüdlü Əzizov Nofəl Təvəkkül oğlunun içki məclisindən sonra qəflətən vəziyyəti pisləşib. Aparılan tibbi müdaxilələrə baxmayaraq, 69 yaşlı kişi ürək çatışmazlığından ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti