Maaşlarını ala bilməyən futbolçular aclıq aksiyasına başladılar
Serbiyanın “Borats” klubunun futbolçuları aclıq aksiyasına başlayıblar.
Sabah.az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, futbolçular məvaciblərini ala bilmədiyi üçün bu addımı atıblar.
“Borats”ın sahibləri külli miqdarda borca görə klubu dağıdıblar. Onlar “Provo”nu alıb və adını dəyişdirib “Borats 1926” qoysalar da, keçmiş futbolçularının pullarını ödəməyiblər.
“Borats”ın 25-ə yaxın futbolçusu gecə şəhərin icra hakimiyyəti binasının önündə etiraz aksiyası keçirib.
“Mançester Yunayted”in serbiyalı futbolçusu Nemanya Matiç də etiraz edən oyunçulara dəstək olub və sosial şəbəkə hesabında “siz tək deyilsiz, mən də yanınızdayam” yazıb.
Daha çox