Bugünkü test sayı açıqlandı
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 832 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə iyunun 10-na açıqlanan statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 356 032 test edilib və 8 530 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 4 720 nəfəri sağalıb, 102-si dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 339 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər vəfat edib, 114 xəstə sağalıb.
Daha çox