Bakı sakini özünü bıçaqlayaraq öldürdü
Bakı sakini özünü bıçaqlayıb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, 4-cü mikrorayonda qeydə alınıb. Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Niftullayev Eyyub Əliheydər oğlu bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, E.Niftullayev özünü bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Daha çox