“Milan”ın futbolçusuna silahlı hücum
19:53
10 İyun 2020
69İtaliyanın “Milan” klubunun futbolçusu Samuel Kastilyexo silahlı hücuma məruz qalıb.
Sabah.az xəbər verir ki, bu barədə ispaniyalı yarımmüdafiəçi İnstaqram hesabında məlumat yayıb. O, silahlı şəxslər tərəfindən soyulduğunu açıqlayıb:
“Milanda hər şey qaydasındadır? Mən üzümə silah tutan iki nəfər tərəfindən soyuldum. Ancaq yaxşıyam. Yalnız saatımı aldılar”.
Qeyd edək ki, 2018-ci ildən “Milan”da çıxış edən Kastilyexo bu mövsüm 19 oyuna 1 qol vurub.
Daha çox