Avtobuslarda kondisionerlərin işə salınmasına məhdudiyyət qoyuldu

ÖLKƏ
19:23
10 İyun 2020
47

"COVID-19 infeksiyasının yayılma riskini nəzərə alaraq ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub".

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-in tövsiyəsinə əsəsən bu addımın atılmasında əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır:

“Çünki avtobuslarda olan sərinləndirmə sistemi havanı daxildə dövr etdirir ki, bu da virusun yayılma riskini artırır. Sərinləndirmə sistemlərinin işə salınmaması sərnişinlərimiz arasında müəyyən qədər narahatlıq yaradıb ki, bu səbəbdən də onlardan məsələni anlayışla qəbul etmələrini xahiş edirik”.

“Məsələ ilə əlaqədar beynəlxalq təcrübə də tədqiq olunub. Məlumat üçün bildirək ki, hazırda Moskva və İstanbul şəhərlərində də avtobuslarda bütün havalandırma və kondisioner sistemi söndürülüb”, - deyə BNA rəsmisi qeyd edib.

Xəbər lenti