“Qarabağ” “Sabah”ı böyük hesabla məğlub etdi
23:47
9 İyun 2020
102Bu gün "Qarabağ" çempionatda yaranan fasilə zamanı yoxlama oyunu keçirib.
Sabah.az xəbər verir ki, Ağdam təmsilçisi "Bank Respublika Arena"da "Sabah"la qarşılaşıb.
Oyuna sürətli başlayan Qurban Qurbanovun yetirmələri matçın 3-cü dəqiqəsində Mahir Emreli ilə hesabı açıb. 15-ci dəqiqədə komanda hesab arasında fərqi ikiyə çatdırıb. Xayme möhtəşəm zərbəylə hesabı 2:0 edib. 37-ci dəqiqədə isə Ozobiç üçüncü qolu vurmaqla ilk hissənin hesabını müəyyənləşdirib. Matçın 65-ci dəqiqəsində isə Mahir Emreli özünün ikinci, komandasının dördüncü qolunu vurub. Oyunun əsas vaxtının son nöqtəsində Ovusu Kvabena hesabı 5:0 edib.
Matçın qalan dəqiqələrində qol vurulmayıb və qarşılaşma “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Daha çox