"Sədərək" Ticarət Mərkəzi yanır

GÜNDƏM
09:05
18 Fevral 2020
52

“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Xəbər lenti