Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitlə bağlı açıqlama
Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan ianələrdən vəsait xərclənməyib.
Sabah.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O bildirib ki, həmin vəsaitdən xərclənsə, ictimaiyyətə məlumat veriləcək:
"Dövlət hər şeylə təmin edir, vəsait ayrılıb. Buna görə də ianələrdən istifadəyə ehtiyac yaranmayıb. Nə zaman hansı istiqamətdə xərclənərsə, bu məlumat ictimaiyyətə açıqlanacaq".
Daha çox