TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

GÜNDƏM
21:58
9 İyun 2020
26

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 5 809 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 9-na açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 349 200 test edilib və 8 191 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 4 606 nəfəri sağalıb, 98-i dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 315 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər vəfat edib, 229 xəstə sağalıb.

Xəbər lenti