Çörəklə bağlı açıqlama

ÖLKƏ
20:34
9 İyun 2020
112

“Ötən həftəsonu təcrid rejimində çörək təminatı ilə bağlı heç bir problem olmayıb”.

Sabah.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O, çörək çatışmazlığının yaşanmaması üçün hansı tədbirlər görüləcəyindən danışıb:

“İyunun 14-ü və 15-də özünü təcrid günləridir. İyunun 16-da mağazaları çörəklə təmin etmək üçün iyunun 15-i saat 16:00-dan çörək zavodunun müəyyən olunmuş əməkdaşları zavoda gələ və çörəyin istehsalı üçün hazırlıq işlərini həyata keçirə biləcəklər. İyunun 16-da səhər tezdən artıq mağazalara çörək paylanacaq”.

Xəbər lenti